"Səbail"də yeni müqavilə - RƏSMİ

"Səbail"də yeni müqavilə - RƏSMİ

“Səbail” Cabir Əmirli ilə müqaviləni yeniləyib.

MediaSport.az xəbər verir ki, müdafiəçi növbəti mövsümdə də “dənizçilər”in formasını geyinəcək.

26 yaşlı futbolçu ilə yeni anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Cabir Əmirli 2021-ci ilin yayından "Səbail"də çıxış edir. 28 yaşlı sağ cinah müdafiəçisi son mövsümdə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.