"Kəpəz"in vingeri mükafatlandırılıb
Peşəkar Futbol Liqasının (PFL) keçirdiyi “Ayın qolu” layihəsi çərçivəsində mart ayının qalibi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, növbəti qalib “Kəpəz”in vingeri Martins Junior olub.
Braziliyalı futbolçuya mükafatı PFL-in Texniki-idman direktoru Elgiz Abbasov Premyer Liqanın 30-cu turunun “Səbail” - “Kəpəz” görüşündən əvvəl təqdim edib.