"Səbail" baş məşqçi Şahin Diniyevlə yeni müqavilə bağladı - RƏSMİ

"Səbail" baş məşqçi Şahin Diniyevlə yeni müqavilə bağladı - RƏSMİ

"Səbail" klubu baş məşqçisi Şahin Diniyevlə müqavilə müddətini uzadıb.

Mediasport.azistinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis daha bir il "dənizçilər"ə rəhbərlik edəcək.

Azərbaycan millisinin sabiq baş məşqçisi Bayıl təmsilçisini 2022-ci ildən çalışdırır.

Komanda onun rəhbərliyi altında son mövsümü 42 xalla 7-ci pillədə başa vurub.