"Səbail"in futbolçusu Tovuzda tərbiyəsizlik etdi - VİDEOFAKT

"Səbail"in futbolçusu Tovuzda tərbiyəsizlik etdi - VİDEOFAKT

Futbol üzrə Azərbaycan Premyer Liqasının 35-ci turunun "Turan Tovuz" - "Səbail" qarşılaşmasında xoşagəlməz hal qeydə alınıb.

mediasport.az xəbər verir ki, 90+2-ci dəqiqədə komandası üçün vacib qol vuraraq 1 xal (2:2) qazandıran qonaqların hücumçusu Qoba Zakpa çox ciddi tərbiyəsizliyə yol verib.

31 yaşlı portuqaliyalı forvardın fərqləndikdən sonra etdiyi ədəbsiz hərəkət anbaan kameralara düşüb.

Ümid edirik ki, AFFA İntizam Komitəsi pireneylinin nalayiq hərəkətinə görə sərt cəza tədbiri görəcək.