Əhmədiyev Çindəki turnirdə qələbə qazandı, millimiz toplanışa yollandı

  Əhmədiyev Çindəki turnirdə qələbə qazandı, millimiz toplanışa yollandı

Çində güləş üzrə beynəlxalq turnir keçirilib.

Mediasport.az xəbər verir ki, "Kəmər və yol" adlı yarışda Azərbaycanı yunan-Roma güləşi üzrə millinin 3 idmançısı təmsil edib.

U-20 milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Davud Məmmədov (77 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparıb. U-23 Avropa çempionu Murad Əhmədiyev bütün rəqiblərinə qalib gəlib və kəmərə sahib çıxıb.

Komandamız Çində təlim-məşq toplanışı da keçəcək. Bu məqsədlə güləşçilərimiz Uhan şəhərinə yollanıb. 2 həftə davam edəcək hazırlıq prosesində adı çəkilən güləşçilərlə yanaşı, Hüseyn Savadov (55 kq), Vədat Qasımlı (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Kamran Rəcəbli, Sadiq Məsimli (hər ikisi 72 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq) və Arif Niftullayev (97 kq) iştirak edəcəklər.