Mahirsiz "Dinamo" Yunanıstan səfərində - Konfrans Liqası

Mahirsiz "Dinamo" Yunanıstan səfərində - Konfrans Liqası

Bu gecə Avropa Konfrans Liqasında da 1/4 finalçıların adlarına aydınlıq gətiriləcək.

Mediasport.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab matçları çərçivəsində 8 qarşılaşma baş tutacaq.

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" klubu Yunanıstanda meydana çıxacaq.

Zədədən yeni qayıdan 27 yaşlı forvard bu görüşdə də oynamayacaq.

Türkiyənin avrokuboklarda yeganə təmsilçisi "Fənərbağça" isə ötən həftə səfərdə darmadağın etdiyi Belçika klubu ilə İstanbulda üz-üzə gələcək.


Avropa Konfrans Liqası. 1/8 final. Cavab oyunları


21:45 "Fənərbağça" (Türkiyə) - "Yunion" (Belçika) İlk oyun 3:0

21:45 PAOK (Yunanıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) İlk oyun 0:2

21:45 "Fiorentina" (İtaliya) - "Makkabi" (Hayfa, İsrail) İlk oyun 4:3

21:45 "Viktoriya" (Çexiya) - "Servette" (İsveçrə) İlk oyun 0:0

00:00 "Brügge" (Belçika) - "Molde" (Norveç) İlk oyun 1:2

00:00 "Aston Villa" (İngiltərə) - "Ayaks" (Niderland) İlk oyun 0:0

00:00 "Lill" (Fransa) - "Şturm" (Avstriya) İlk oyun 3:0

00:00 "Makkabi" (Təl-Əviv, İsrail) - "Olimpiakos" (Yunanıstan) İlk oyun 4:1