Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlanıb

Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşlərindən sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

Mediasport.az xəbər verir ki, Yulian Brandt (“Borussiya”, Dortmund), Usman Dembele (PSJ), Yozua Kimmix (“Bavariya”) və Federiko Valverde (“Real”) qalib olmağa iddialıdır.

Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyən ediləcək.