Federasiya prezidenti Azərbaycan milli komandasını təbrik edib

Federasiya prezidenti Azərbaycan milli komandasını təbrik edib

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Avropa çempionatında uğurlu nəticə qazanan cüdo yığmamızı təbrik edib.

Mediasport.az xəbər verir ki, qurum rəhbəri ürək sözlərini sosial şəbəkə hesabında paylaşıb.

R.Nəbiyev qeyd edib ki, Azərbaycan Avropa çempionatları tarixində ən yaxşı nəticəyə imza atıb:

"Xorvatiyada keçirilən Avropa çempionatında Elcan Hacıyev Avropa çempionu olub. O öz çəki dərəcəsində bu titula sahib olan ilk azərbaycanlı kimi tarixə düşüb. Medal əyarına görə Azərbaycan indiyədək Avropa çempionatında ən yaxşı nəticə göstərib. Komandamızı bu turnirdə qazandığı parlaq qələbələr münasibətilə təbrik edir və uğurlarının davamlı olmasını arzulayıram!".

Qeyd edək ki, millimiz Xorvatiyanın paytaxtı Zaqrebdə 2 qızıl və 1 gümüş medal qazanıb.