Çempionlar Liqasında mövsümün ilk yarımfinalçıları müəyyənləşir

Çempionlar Liqasında mövsümün ilk yarımfinalçıları müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında ilk yarımfinalçıların adları məlum olacaq.

Mediasport.az xəbər verir ki, 1/4 finalın cavab qarşılaşmaları çərçivəsində 2 matç baş tutacaq.

Ötən həftə İspaniyada "Atletiko"ya uduzan "Borussiya" doğma "Siqnal İduna Park"da revanş almağa çlaışacaq.

"Barselona" isə Parisdə geridönüşlə məğlub etdiyi PSJ-ni qonaq edəcək.

Ənənəvi qaydada, bir oyun "CBC Sport", digəri "İctimai" tv-də canlı yayımlanacaq

Mərhələnin digər 2 cavab oyunu sabah keçiriləcək.

Çempionlar Liqası. 1/4 final. Cavab oyunları

"Borussiya" (Dortmund, Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

"Siqnal İduna Park" stadionu, 23:00.

İlk oyun - 1:2.

"Barselona" (İspaniya) - PSJ (Fransa)

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Lyuis Kompanis adına Olimpiya stadionu, 23:00.

İlk oyun - 3:2.