Mahir Emrelinin komandası yenə məğlub olub - Konfrans Liqası

Mahir Emrelinin komandası yenə məğlub olub - Konfrans Liqası

Avropa Konfrans Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Xorvatiya) Çexiya səfərində "Viktoriya"ya uduzub.

Mahir ilk yarını meydanda keçirib.

Türkiyənin yarışdakı təmsilçiləri də turu məğlubiyyətlə başa vurublar.

"Beşiktaş" evdə "Bude-Qlimt"lə bacara bilməyib, "Fənərbağça" isə Bolqarıstandan məyus ayrılıb.


Avropa Konfrans Liqası. Qrup mərhələsi. 4-cü tur


C qrupu

Astana (Qazaxıstan) - Balkani (Kosovo) 0:0

Viktoriya (Çexiya) - Dinamo (Zaqreb, Xorvatiya) 1:0

Xal durumu: Viktoriya - 12, Balkani - 4, Astana - 4, Dinamo - 3,


D qrupu

Beşiktaş (Türkiyə) - Bude-Qlimt (Norveç) 1:2

Brügge (Belçika) - Luqano (İsveçrə) 1:0

Xal durumu: Brügge - 10, Bude-Qlimt - 7, Luqano - 4, Beşiktaş - 1


E qrupu

Legiya (Polşa) - Jrinski (Bosniya) 2:0

Aston Villa (İngiltərə) - AZ (Niderland) 2:1

Xal durumu: Legiya - 9, Aston Villa - 9, AZ - 3, Jrinski - 3


F qrupu

Ferensvaroş (Macarıstan) - Genk (Belçika) 1:1

Çukariçki (Serbiya) - Fiorentina (İtaliya) 0:1

Xal durumu: Fiorentina - 8, Ferensvaroş - 6, Genk - 6, Çukariçki - 0


G qrupu

Helsinki (Finlandiya) - Ayntraxt (Frankfurt, Almaniya) 0:1

PAOK (Yunanıstan() - Aberdin (Şotlandiya) 2:2

Xal durumu: PAOK - 10, Ayntraxt - 9, Aberdin - 2, Helsinki - 1


H qrupu

Norşelland (Danimarka) - Spartak (Trnava, Slovakiya) 1:1

Ludoqores (Bolqarıstan) - Fənərbağça (Türkiyə) 2:0

Xal durumu: Fənərbağça - 9, Norşelland - 6, Ludoqores - 6, Spartak - 0


A qrupu

Slovan (Slovakiya) - Lill (Fransa) 1:1

Olimpiya (Sloveniya) - Klaksvik (Farer adaları) 2:0

Xal durumu: Lill - 8, Slovan - 7, Klaksvik - 4, Olimpiya - 3


B qrupu

Zarya (Ukrayna) - Makkabi (Təl-Əviv, İsrail) 1:3

Breydablik (İslandiya) - Gent (Belçika) 2:3

Xal durumu: Gent - 10, Makkabi - 6, Zarya - 4, Breydablik - 0