Avropa çempionatı: Heydərov 4-cü dəfə qitə birincisi olmaq arzusunda
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, qitə birinciliyinin ikinci yarış günündə Azərbaycanın 3 cüdoçusu tatami üzərinə çıxacaq.
Üçqat Avropa çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev 73 kq-da yarışacaq, Zelim Tçkayev isə 81 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.
Qeyd edək ki, dünən millimizin 7 idmançısından yalnız Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb.