Diniyevi Tuncay Şanlıya tapşırdılar
Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor”a yeni baş məşqçi təyin olunub.
Mediasport.az xəbər verir ki, Türkiyə 1-ci mübarizə aparan komandaya Tuncay Şanlı rəhbərlik edəcək.
42 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Türkiyə millisinin sabiq hücumçusu son mövsümdə “Sakaryaspor”a rəhbərlik edib.
Xatırladaq ki, Diniyevin ötən yaydan heyətində çıxış etdiyi Ümraniyə təmsilçisi geridə qalan mövsüm 43 xalla 11-ci pillədə başa vurub.