Millimiz Bakıda İsveç yığmasını darmadağın edib - AVRO-2024

Millimiz Bakıda İsveç yığmasını darmadağın edib - AVRO-2024

Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə qrup mərhələsində sonuncu ev oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda İsveç yığmasını qəbul edib.

Yığmamız İsveç üzərində inamlı qələbə qazanıb.

Bu komandalar arasında mart ayında İsveçdə baş tutmuş qarşılaşmada yığmamız 0:5 hesabı ilə məğlub olmuşdu.

F qrupunda mübarizə aparan hər iki kollektiv qitə çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansını əvvəlki turlarda itirib.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə sonuncu matçını noyabrın 19-da səfərdə Belçikaya qarşı keçirəcək.


AVRO-2024. Seçmə qrup mərhələsi. 7-ci tur


21:00. Azərbaycan - İsveç 3:0

Qollar: Emin Mahmudov, 3, 89, Renat Dadaşov, 6.

Baş hakim: Ester Ştaubli

Yan xətt hakimləri: Yonas Erni, Suzanna Künq

Dördüncü hakim: Mirel Turkes

VAR hakimi: Lukas Fandrix

AVAR hakimi: Lionel Şudi (hamısı İsveçrə)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov.

Baş məşqçi: Canni De Byazi.

İsveç: 1. Robin Olsen, 13. Ken Sema, 4. Filip Helander, 3. Viktor Lindelöf (k), 14. Linus Valqvist, 10. Emil Forsberq, 18. Samuel Qustafson, 9. Yens Kayuste, 19. Mattias Svanberq, 21. Deyan Kulusevski, 17. Viktor Qyökeres.

Baş məşqçi: Yanne Anderson