"Belə oyunları özüm üçün bayram hesab edirəm" - MAHİR EMRELİ
"Rəqibin gücü bizə bəllidir. AVRO-2024-ün iştirakçısı olan komanda ilə qarşılaşacağıq. Albaniyanın Avropa çempionatında çxış etməsi bizə xüsusi motivasya verir. Milli komanda ilə qazanılan uğurun yerini heçnə vermir"
Mediasport.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Albaniya ilə keçiriləcək yoldaşlıq görüşündən əvvəl baş tutan mətbuat konfransında deyib.
27 yaşlı vinger rəqibin güclü komanda olduğunu bildirib:
"Belə oyunları özüm üçün bayram hesab edirəm. Rəqib nə qədər güclü olsa, mənə o qədər xoşdur. Oyundan əvvəl məşqçilərimiz bizə lazım olan tapşırıqları veriblər. Albaniyanı analiz etmişik, çalışacağıq ki, qələbə qazanaq. Ölkəmizəqələbə sevinci yaşatmaq istəyirik. Azərbaycanın bayrağı altında çıxdığın hər bir oyun vacibdir. Milli komanda ilə qazanılan uğurun yerini heçnə vermir".
Matç sabah Macarıstanın Sombatxey şəhərindəki “Haladaş" İdman Kompleksinin stadionunda keçiriləcək və start fiti saat 21:00-da səslənəcək.