Gəncə klubu Mətanət Lətifovaya tapşırılıb, köməkçisi argentinalıdır
“Gəncə” voleybol klubunun aşağı yaş qruplarından ibarət komandalarına yeni baş məşqçi təyin olunub.
Mediasport.az xəbər verir ki, komandalar Mətanət Lətifovaya tapşırılıb.
Gəncə voleybol məktəbinin yetirməsi olan Mətanət Lətifova 2005-ci ildən idmanın bu növü ilə məşğul olur. Milli komandamızın heyətində çıxış etmiş mütəxəssis “Rabitə”, “Telekom”, “Azəri”, “Caspian”, “Gəncə” və digər klubların şərəfini qoruyub.
Mətanət Lətifovanın köməkçisi də müəyyənləşib. Ona argentinalı mütəxəssis İqnasio Aqustin İbarra kömək edəcək. O, həm də əsas komanda da köməkçi-məşqçi vəzifəsini yerinə yetirəcək. İqnasio Aqustin İbarra son olaraq Argentinanın “Sirkulo La-Plata” klubunda çalışıb.