Millilərimiz Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər

Millilərimiz Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər

Azərbaycanın kişi və qadın voleybolçulardan ibarət milli komandaları bu gün Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər.

Mediasport.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu qadın yığmamız 2-ci turun ikinci görüşü çərçivəsində Rumıniyada İsveç seçməsi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Komandamız ötən gün Rumıniyaya (0:3) uduzub, 1-ci turda isə Bakıda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya (1:3) məğlub olub. Millimiz hazırda 12 ölkə arasında 3 xalla 9-cu pillədə qərarlaşıb.

Fərid Cəlalovun rəhbərlik etdiyi kişilərdən ibarət kollektiv isə Şimali Makedoniya ilə üz-üzə gələcək. Belçika baş tutacaq duel saat 19:30-da start götürəcək.

Dünən meydan sahiblərinə uduzan (0:3) yığmamız Bakıdakı 1-ci turda Rumıniya və Ukraynaya da eyni hesabla təslim olub. Komanda mız hazırda sonuncu - 12-ci yerdədir.