Voleybol yığmalarımız Qızıl Avropa Liqasında mübarizəyə başlayır

Voleybol yığmalarımız Qızıl Avropa Liqasında mübarizəyə başlayır

Vleybol üzrə Azərbaycan milli komandaları bu gün Qızıl Avropa Liqasının 1-ci mərhələsində mübarizəyə başlayacaq.

Mediasport.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kişilərdən ibarət kollektiv Bakıda təşkil olunacaq ilk raundda Rumıniya yığması ilə qarşılaşacaq.

Voleybol Mərkəzində baş tutacaq matç saat 18:00-da start götürəcək.

Faiq Qarayevin baş məşqçisi olduğu qadınlardan ibarət millimiz isə Xorvatiyada keçiriləcək eyni turnirdə meydan sahibləri ilə üz-üzə gələcək.

Bu qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.