Şuşa klubu avrokuboklarda!

Şuşa klubu avrokuboklarda!

Voleybol üzrə qitənin ikinci nüfuzlu yarışı "Çağırış Kuboku"nun yeni mövsümündə Azərbaycan idmanı tarixinin ilk hadisəsi yaşanacaq.

mediasport.az saytına verilən məlumata görə, geridə qalan mövsüm ölkə çempionatında gümüş medalları qazanmış Şuşa komandası "Xarı Bülbül" tarixində ilk dəfə avrokuboklarda təmsil olunacaq.

Ötən il yaradılmış klub 2023/2024-cü illər mövsümündə Avropa səhnəsində debüt edəcək.

Şuşa təmsilçisi iştirakla bağlı Avropa Voleybol Konfederasiyasına sifariş göndərib.