Yığmamız reytinqdə gerilədi

 Yığmamız reytinqdə gerilədi

Voleybol üzrə milli komandaların reytinq cədvəli açıqlanıb.

Mediasport.az xəbər verir ki, qadın voleybolçulardan ibarət millimiz 108,95 xalla 35-ci pillədə qərarlaşıb.

Faiq Qarayevin rəhbərlik etdiyi çalışdırdığı kollektiv 4 pillə geriləyib.

Qadın yığmaların cədvəlinə İtaliya başçılıq edir (437,03 xal). Braziliya ikinci (407,09), ABŞ üçüncüdür (362,27 xal).

Kişilərdən ibarət komandamız 22,31 xalla 82-ci sıradadır.

Polşa (401,31) birinci, Fransa (378,07) ikinci, ABŞ (365,87) isə üçüncüdür.