Yığma komandamız Bakıda gözlənilmədən Avstriyaya uduzdu
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasının 3-cü turunda son oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komandamız Bakıda Avstriya ilə qarşılaşıb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş yığmamızın məğlubiyyəti ilə yekunlaşıb - 2:3 (25:22, 25:19, 23:25, 16:25, 8:15).
Voleybolçularımız əvvəlki 5 matçın 2-də qələbə qazanmışdılar.