Təxirə salınmış iki oyunun keçirilmə vaxtı müəyyənləşib
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı müəyyənləşib.
Mediasport.az xəbər verir ki, noyabrın 18-də və 21-də ötən həftə təxirə salınmış iki görüş baş tutacaq.
Noyabrın 18-də GİN-nin Voleybol Mərkəzində UNEC ilə çempionatda debüt edəcək “Milli Aviasiya Akamediyası” üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da start götürəcək.
Noyabrın 21-də isə Gəncə şəhərini Azərbaycan çempionatında təmsil edən “Gəncə” doğma meydanda “Murov Az Terminal” komandasını qəlub edəcək. Oyun Gəncə OİK-də saat 18:00-da başlanacaq.
Qeyd edək ki, “Gəncə” klubu çempionatdakı bütün ev oyunlarını Gəncədə keçirəcək.