Azərbaycan millisinin kapitanı yenidən Macarıstan çempionu olub

Azərbaycan millisinin kapitanı yenidən Macarıstan çempionu olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionu olub.

Mediasport.az xəbər verir ki, təcrübəli blokçunun komandası “Vaşaş” finalda KNRC klubunu hər üç oyunda məğlub edrək qızıl medallara sahib çıxıb.

Ayşən komandasına çempionluq gətirən son oyunda 12 xal (7 blok, 3 hücum, 2 "ace") qazanıb.

Qeyd edək ki, yığmamızın lideri bu il həm də Macarıstan kubokunun qalibi olub. 

O, ötən mövsüm də Macarıstan çempionluğunu bayram edib.