Zülfüqarov “Fənərbağça” - “Ştuttqart” qarşılaşmasını idarə edəcək

Zülfüqarov “Fənərbağça” - “Ştuttqart” qarşılaşmasını idarə edəcək

Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov yeni ildə ilk təyinatını alıb.

mediasport.az xəbər verir ki, o Türkiyədə qadın voleybolçulardan ibarət “Fənərbağça” və Almaniyanın “Ştuttqart” komandaları arasında Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun oyununu idarə edəcək.

İstanbulda, Burhan Felek Voleybol Mərkəzində keçiriləcək oyunda E.Zülfüqarova rumıniyalı Paul Şabo-Aleksi kömək edəcək.

Matç yanvarın 18-də keçiriləcək.