Millimiz Litvada Estoniya ilə üz-üzə
20 yaşadək qız voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxacaq.
Mediasport.az xəbər verir ki, yığmamız Bakı vaxtı ilə saat 14:00-da Estoniya ilə qarşılaşacaq.
Millimiz növbəti günlərdə Latviya, Ukrayna və Polşa ilə də mübarizə aparacaq.
Litvanın Şaulyay şəhərində start götürəcək və yanvarın 7-dək baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakteri daşıyır.