Yığmamızın üzvləri Çin Liqasını bürünc medalla başa vurdular

Yığmamızın üzvləri Çin Liqasını bürünc medalla başa vurdular

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Odina Əliyeva və Mariya Kirilyuk Çin çempionatında çıxışlarını başa vurublar. 

mediasport.az xəbər verir ki, Çin Liqasında "Şenzen Jonqsay" klubunun şərəfini qoruyan voleybolçularımızın komandası üçüncülük uğrunda "Fujian" klubu ilə qarşılaşıb.

Gərgin mübarizədə 3:2 (25:22, 16:25, 23:25, 25:22, 15:8) və 3:1 (17:25, 25:22, 25:21, 25:22) hesabı ilə qalib gələn “Şenzen Jonqsay” mövsümü medalla yekunlaşdırıb. Yığmamızın üzvləri qələbədə mühüm pay sahibi olublar.