Millimiz Avropa çempionatına Gürcüstanda hazırlaşacaq

Millimiz Avropa çempionatına Gürcüstanda hazırlaşacaq

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə hazırlıq məqsədi ilə Gürcüstana yollanıb.

Mediasport.az xəbər verir ki, Fərid Cəlalovun rəhbərliyi ilə yığmamızın Tbilisidəki təlim-məşq toplanışı avqustun 11-də yekunlaşacaq.

Hazırlıq çərçivəsində millinin Gürcüstanla bir neçə yoxlama görüşü keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, AVRO-2026-nın təsnifat oyunlarında Azərbaycan seçməsi B qrupunda Avstriya və Belçika yığmalarına qarşı mübarizə aparacaq.

Millimiz seçmə mərhələdəki ilk matçına avqustun 17-də çıxacaq. Komandamız həmin gün səfərdə Avstriya kollektivinin qonağı olacaq.

Növbəti görüş avqustun 24-də Bakıda Belçika komandasına qarşı olacaq.

Yarışın formatına uyğun olaraq digər iki qarşılaşma 2025-ci ilin avqustunda baş tutacaq.