Millimiz Litvaya qarşı

Millimiz Litvaya qarşı

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün dördüncü oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Litva ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 13:30-da başlanacaq.

Milli ilk üç turda Latviya, Ukrayna və Estoniyaya 0:3 hesabı ilə məğlub olub.

EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əqazanacaq.