"Monpelye"yə qalib gələn Azərbaycan klubu Avropa Kubokunun finalına çıxıb
Türkiyənin Balıkəsir şəhərində çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunda (Beach Volley European Cup) mübarizə aparan "Murov Az Terminal" yarışın finalına yüksəlib.
Mediasport.az xəbər verir ki, komandamız həlledici görüşə çıxmaq üçün Fransanın "Monpelye" komandasını mübarizədən kənarlaşdırıb.
Setlərdə hərə bir dəfə qalib gəlib və finalçı qızıl setlə müəyyənləşib. Burada daha yaxşı iynayan voleybolçularımız 15:10 hesablı qələbəyə nail olublar.
Vadim Kutukov, Vüqar Bayramov, Ülvi Rəcəbli, Heydər Məmmədli, Oleq Stoyanovski və İlya Leşukovdan ibarət təmsilçimizin baş məşqçisi İqor Olefirdir.