Federasiya prezidenti yığma komandanın üzvləri ilə görüşüb

Federasiya prezidenti yığma komandanın üzvləri ilə görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Qızıl Avropa Liqasına hazırlıqlara start verən qadınlardan ibarət millimizlə görüşüb.

Mediasport.az xəbər verir ki, yığma üzvləri ilə söhbət edən federasiya rəhbəri voleybolçularımıza uğurlar arzulayıb.

Milli komandamızın baş məşqçisi Faiq Qarayev AVF rəhbərinə hazırlıq prosesi haqqında ətraflı məlumat verib.

Şahin Bağırov millimizin qarşıdakı oyunlarda uğurla çıxış edəcəyinə inamını bildirib.