Millimiz Sloveniyaya yollanıb

Millimiz Sloveniyaya yollanıb
Qızıl Avropa Liqasına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyaya yola düşüb.

Mediasport.az
xəbər verir ki, komanda təlim-məşq toplanışının növbəti mərhələsini Maribor şəhərində keçəcək.

Faiq Qarayevin baş məşqçi olduğu yığma səfərə yekun heyətlə yollanıb.

Milli burada bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq. Daha sonra voleybolçular Qızıl Avropa Liqasının matçları üçün Xorvatiyaya gedəcəklər.

Yığma bu turnirdə ilk oyununu mayın 17-də məhz meydan sahiblərinə qarşı keçirəcək.

Qeyd edək ki, yeni formatda təşkil ediləcək yarış üç turdan ibarətdir. Komandamızın oyunlarının ilk turu (17-19 may) Xorvatiyada, ikinci turu (24-26 may) Rumıniyada, üçüncü turu isə (31 may-2 iyun) Azərbaycanda olacaq.
Yekun heyət

Hücumçular:
Marqarita Stepanenko, Anastasiya Baydyuk, Nikalina Başnakova, Ülkər Kərimova, İlhamə Əzimova

Blokçular: Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova

Toppaylayıcılar: Yana Doroşenko, Raziyə Əliyeva, Marianna Abuyeva

Liberolar: Yuliya Kərimova, Ceyran İmanova, Sənubər Ələskərova

Köməkçi məşqçilər: Famil Ağayev, Emin Əbilov, Sinişa Popek