Musa Qurbanlı "Yurqorden"i məğlubiyyətdən xilas edib
Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı "Yurqorden"in U-21 komandasının heyətində meydana çıxıb.
Mediasport.az xəbər verir ki, Stokholm təmsilçisi Elit Liqa Kuboku matçında "Norçöpinq"i qəbul edib.
1:1 hesabı ilə başa çatan görüşdə bərabərlik qolunu vuran Musa "Yurqorden"i məğlubiyyətdən xilas edib.
90 dəqiqə meydanda olan yığmamızın forvardı 52-ci dəqiqədə penaltidən fərqlənib.