Yığma üzvlərimizin oynadığı klublar növbəti matçlarını keçirib
Legioner həyatı yaşayan Azərbaycan millisinin daha 5 futbolçusunun klubu daxili birinciliklərdə növbəti oyunlarını keçiriblər.
Mediasport.az xəbər verir ki, Anton Krivotsyukun formasını geyindiyi Cənubi Koreyanın "Daejon" komandası səfərdə oynayıb, müdafiəçimizin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Mahir Emrelinin yeni transfer olunduğu Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Nürnberq" evdə "Darmştad"la qarşılaşıb, 27 yaşlı forvard meydana çıxmayıb.
Türkiyə 1-ci Liqasında çıxış edən Coşqun Diniyevin komandası "Bandırmaspor" "Çorum Bələdiyyəspor"u qəbul edib, yarımmüdafiəçimizin adı protokola salınmayıb.
Albaniya Superliqasında oynayan Zamiq Əliyev "Eqnatia"nın ev görüşünə start heyətdə başlayıb.
Finlandiya Yüksək Liqasında (Veikkausliqa) çempionluğa oynayan "Helsinki"nin üzvü Ozan Can Kökçü "İnter Turku" ilə matçın ikinci hissəsində əvəzlənib.
Cənubi Koreya K Liqa 1. 28-ci tur
"Sanqmu" - "Daejeon" 2:2
Qollar: Li Donq-qyonq, 43, Yu Kanq-hyun, 47 - Park Seunq-vuk, 71 (avtoqol), Kim Hyun-vu, 90+1.
Almaniya 2-ci Bundesliqası. 4-cü tur
"Darmştadt" - "Nürnberq" 1:1
Qollar: İsak Lidberq, 23 - Mikal Şavçik, 61.
Türkiyə 1-ci Liqası. 3-cü tur
"Bandırmaspor" - "Çorum Bələdiyyəspor" 0:0
Albaniya Super Liqası. 2-ci tur
"Eqnatia" - "Laçi" 2:1
Qollar: Doukuo, 20, Abdurraman Fanqay, 67 - Envi Boçka, 73.
Finlandiya Veikkaus Liqası. 21-ci tur
"Helsinki" - "İnter Turku" 1:0
Qol: Apo Halme, 71.