"Estoniya yığması bizim "dişimizə" uyğun rəqibdir" - AÇIQLAMA
“Artıq məşqçiliyə başlamışam. "Səbail"in 15 yaşlı futbolçularından ibarət komandasında fəaliyyət göstərirəm. Şükür Allaha, hər şey qaydasındadır”.
Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının keçmiş yarımmüdafiəçisi Elvin Məmmədov deyib.
Futbolçu karyerasını geridə buraxdığımız yay başa vuran veteran AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya yığması ilə qarşılaşacaq komandamızdan gözləntilərini açıqlayıb: “Yığmamıza uğurlar arzulayıram. Düzdür, Estoniya bizim "dişimizə" uyğun rəqibdir. Səfərdən xal və ya xallarla dönsək, ümid edirəm ki, Avstriya ilə evdəki oyunda da milli komanda özünə güvənib yaxşı nəticə qazana bilər. Hər şey Estoniyada keçiriləcək oyundan asılıdır. Hansı əhval-ruhiyədə qayıdacağımız önəmlidir".
Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 13-də səfərdə Estoniya, bundan 3 gün sonra isə evdə 16-da isə Avstriya ilə qarşılaşacaq.
Rövşən