AVRO-2025: Millimizin Ukrayna ilə matçı xorvatlar idarə edəcəklər
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.
Mediasport.az xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Matçın baş hakimi Dario Bel, köməkçiləri Qoran Pataki, İvan Yaniç və Zdenko Lovriç olacaqlar.
"Azərsun Arena"da baş tutacaq matç martın 26-da, 16:00-da başlanacaq.
Qeyd edək ki, Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb.
Ukrayna yığması 15 xalla liderdir.