Milli komandamızın AÇ üçün hazırlığının 2-ci mərhələsi başlanıb

Milli komandamızın AÇ üçün hazırlığının 2-ci mərhələsi başlanıb

Azərbaycanın U-20 basketbol millisinin təlim-məşq toplanışının ikinci mərhələsi başlanılıb.

Mediasport.az xəbər verir ki, komanda toplanışı Memarlıq və İnşaat Universitetinin idman zalında keçir.

Basketbolçular ispaniyalı baş məşqçi Alberto Blankonun rəhbərliyi altında taktiki və texniki, hücum-müdafiə planları üzərində çalışırlar.

Taktiki hazırlıqda yığmanın köməkçi məşqçiləri Zaur Paşayev və Anar Hacıyev də iştirak edirlər.

Toplanış iyulun 12-dən 21-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunun oyunlarına hazırlıq xarakteri daşıyır.

Hazırlıq iyulun 4-dək davam edəcək