"Neftçi" "NTD-İndiqo"ya uduzub

  "Neftçi" "NTD-İndiqo"ya uduzub

Azərbaycan Basketbol Liqasında 16-cı tur başa çatıb.

Mediasport.az xəbər verir ki, bu gün keçirilən görüşdə "NTD-İndiqo" "Neftçi"ni məğlub edib (94:85).

Xallarının sayını 28-ə yüksəldən "NTD-İndiqo" 3-cü pillədə qərarlaşıb. "Neftçi" isə 27 xalla dördüncüdür.

Turun digər oyunlarında "Xırdalan" "Sərhədçi"yə 112:105, "Sabah" "Şəki"yə 93:80, "Sumqayıt" "Xəzri"yə 84:77, "Gəncə" "Cəlilabad"a 103:91 hesabı ilə qalib gəlib.