"Sabah" Türkiyə klubuna səfərdə də uduzub - FİBA Avropa Kuboku
“Sabah” basketbol klubu bu gün FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu qrupun 5-ci turu çərçivəsində Türkiyədə “Bağçaşəhər”in qonağı olub.
İstanbulun Ülkər İdman Zalında baş tutacaq duel Türkiyə təmsilçisinin qələbəsi ilə başa çatıb - 99:80.
Qeyd edək ki, Boban Mitevin baş məşqçisi olduğu təmsilçimiz bunadək qrupda keçirdiyi 4 matçın 3-də məğlub olub, 1-də qələbə qazanıb.
“Sabah” 5 xalla D qrupunda sonuncu pilləyə düşüb.