"Naxçıvan" cənubi azərbaycanlı basketbolçunu "rənglərinə bağladı"

  "Naxçıvan" cənubi azərbaycanlı basketbolçunu "rənglərinə bağladı"

Azərbaycan Basketbol Liqasının (ABL) 2024/2025 mövsümündə çıxış edəcək "Naxçıvan" daha 2 oyunçu transfer edib.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Nəzər Quliyev və Cənubi Azərbaycandan olan Ehsan Şabanini heyətinə qatıb.

22 yaşlı Nəzər ötən mövsümü "Sumqayıt"da, Şabani isə geridə qalan sezonun ilk yarısını "gənclik şəhəri" təmsilçisində, ikinci yarısını "Gəncə"də keçirib.