"Poses bir qədər uzun çəkəcək" - Azərbaycan millisinin baş məşqçisi
“Təlim-məşq toplanışı 10-12 gün davam etməlidir. Lakin proses bir qədər uzun çəkəcək. Oyunçuların hazırlığından razıyam".
Mediasport.az xəbər verir ki, bunu Azərbaycanın kişilərdən ibarət U-20 basketbol millisinin baş məşqçisi Alberto Blanko deyib.
İspaniyalı mütəxəssis Bakıda davam edən təlim-məşq toplanışı barədə fikirlərini bölüşüb. O, hazırlığın yüksək səviyyədə keçdiyini qeyd edib:
"Qarşıda bizi çətin sınaq gözləyir. Qrupda qələbə qazanmamışıq. Hədəfimiz ancaq qalib gəlməkdir. Rumıniyaya hansı heyətlə yollanacağımızı müəyyənləşdirməmişik. Gələn həftə hər şeyə aydınlıq gələcək".
Xatırladaq ki, yığmamız iyulun 12-dən 21-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunda çıxış edəcək.