Melher Azərbaycan yığması üzərində qələbələri şərh etdi
"Dünyanın 16-cı komandasına qarşı oyunlarda qələbələr qazandıq".
Mediasport.az xəbər verir ki, bunu futzal üzrə Bosniya və Herseqovina yığmasının baş məşqçisi Qoran Melher Azərbaycana qarşı keçirdikləri yoldaşlıq görüşləri (7:0, 5:1) barədə danışarkən söyləyib.
Çalışdırıcı komandasının hazırlıq dönəmini yaxşı keçirdiyini bildirib:
"Yığmada rəhbərliyim altında keçirilən bütün oyunlar tamam fərqli idi. Bu, Azərbaycanla oyunlara da aiddir. Fikrimcə, hər iki görüşə ilk dəqiqələrdən son dərəcə ciddi yanaşdıq və bu hazırlıq dövründə yaxşı iş gördüyümüzü göstərdik".