"Neftçi" qələbə ilə başladı

"Neftçi" qələbə ilə başladı

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" ilk yoxlama oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv Superliqa təmsilçisi "Alanyaspor"la üz-üzə gəlib.

Qarşılaşma təmsilçimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Ağ-qaralar"ın qollarını Höccət Haqverdi, Emin Mahmudov və Yuri Matias vurublar.