AFFA İntizam Komitəsi Premyer Liqanın 3 təmsilçisini cərimələdi

AFFA İntizam Komitəsi Premyer Liqanın 3 təmsilçisini cərimələdi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Mediasport.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının 10-cu turunda yaşananlara hüquqi qiymət verilib.

"Neftçi" - "Səbail" matçının 81-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, 1 oyun cəzalanıb. Klub 1000 manat cərimə edilib. Fasilədə meydançaya kənar şəxs daxil olduğuna görə "Neftçi" 800 manat ziyana düşüb.

"Zirə" - "Sabah" matçının 45+4-cü dəqiqəsində qonaqların köməkçi məşqçisi Saşa Sablyak oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Çalışdırıcı 1-i şərti olmaqla 2 oyun cəzalanıb. Klub 1000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

"Sumqayıt" - "Turan Tovuz" görüşünün 2-ci hissəsinin startı qonaqlar meydançaya gec çıxdığına görə yubanıb. Buna görə "Turan Tovuz" 1500 manat ödəməli olacaq.