Ağabala Ramazanov məşqlərə nə vaxt başlayacaq? - AÇIQLAMA
Azərbaycan Premyer Liqanın 12-ci turunda “Turan Tovuz”a qarşı keçirilən oyunda huşunu itirərək xəstəxanaya aparılan “Səbail”in kapitanı Ağabala Ramazanovun son durumu məlum olub.
Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Mediasport.az saytına açıqlamasında 30 yaşlı futbolçunun ev şəraitində həkim nəzarətində olduğunu deyib:
"Ağabala müalicəsini evdə davam etdirir. Müalicə müddəti hələ başa çatmayıb. Bitəndən sonra yekun MRT müayinəsindən keçəcək. Məşqlərə nə vaxt başlayacağını ancaq bundan sonra deyə bilərik".
Qeyd edək ki, Tovuz klubunun futbolçusu Faiq Hacıyevlə toqquşan forvard bir müddət xəstəxanada müalicə alıb.