Türkiyəli futbolçu Azərbaycan Premyer Liqasında - RƏSMİ

Türkiyəli futbolçu Azərbaycan Premyer Liqasında - RƏSMİ

Premyer Liqa təmsilçisi "Səbail" heyətinə yeni futbolçu cəlb edib.

Mediasport.az xəbər verir ki, Bayıl klubu Azərbaycan U-21 millisinin sabiq müdafiəçisi Mert Çeliklə 1 illik müqavilə imzalayıb.

U-21 yığmamızın heyətində 7 qarşılaşmada 1 qola imza atmış 24 yaşlı futbolçu "dənizçilər"in heyətində 20 nömrəli formada çıxış edəcək.

Mert buna qədər Azərbaycanda 2020 - 2023-cü illər mövsümündə "Neftçi"nin formasını geyinib.