"Neftçi" liqada 32 ildə ikinci dəfə belə göstərici ilə yadda qaldı

"Neftçi" liqada 32 ildə ikinci dəfə belə göstərici ilə yadda qaldı

"Neftçi" Azərbaycan Premyer Liqasının 5-ci turunda "Şamaxı" ilə heç-heçə edib (0:0).

Mediasport.az xəbər verir ki, 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan "ağ-qaralar" 32 ildə ikinci dəfə 5 start oyununu qələbəsiz başa vurub.

İlk dəfə bu göstərici 2017/18 mövsümündə qeydə alınıb: 7 il öncə "Neftçi" ilk 5 turda cəmi 1 xal qazanıb - 1 heç-heçə, 4 məğlubiyyət. Həmin mövsümdə qələbəsizlik seriyası 6 oyun davam edib və yalnız 7-ci matçda qırılıb.

Roman Qriqorçukun komandası cari mövsüm "Şamaxı" ilə oyuna qədər "Turan Tovuz"la (0:0), "Səbail"lə (1:1), "Araz-Naxçıvan"la "sülh"ə razılaşıb, "Sabah"a uduzub (0:2).