Mahir şələ-küləsini yığıb...

Mahir şələ-küləsini yığıb...

Ötən futbol mövsümünün ikinci yarısını icarə əsasında Türkiyə Superliqasında keçirən Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli Xorvatiyaya - müqavilə ilə məxsus olduğu kluba geri dönüb.

MediaSport.az xəbər verir ki, "Konyaspor"dan ayrılan kimi birbaşa Azərbaycana gəlib milli komandanın düşərgəsinə qoşulan 26 yaşlı futbolçu komandası ilə birlikdə Sloveniyada keçirəcəkləri təlim-məşq toplanışına yollanacaq.

Mahirin qarşıdakı mövsümə harada başlayacağı Azərbaycanda böyük maraqla gözlənilir. Hər halda zaqreblilər yeni baş məşqçi İqor Bisçanın rəhbərliyinə verilib. Emrelinin əsas məqsədi mütəxəssisin etimadını qazanmaq olacaq.

Milli üzvümüzün Xorvatiya çempionu ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.