"Olanları qəbul edib irəli baxmalı və yola davam etməliyik" - MÜSAHİBƏ
"Araz-Naxçıvan"ın futbolçusu Məhəmməd Kadiri Mediasport.az saytına müsahibə verib.
Komandanızın qış fasiləsindən sonrakı çıxışını necə dəyərləndirirsiz?
- Düşünürəm ki, yaxşı oynayırıq və yaxşı performans göstəririk.
Son turda "Kəpəz"ə uduzduz, məğlubiyyətin əsas səbəbini nədə görürsüz?
- Bu, futboldur və məncə, biz də çox yaxşı oynadıq. Qol vurmaq üçün şanslarımız olsa da, bundan yararlana bilmədik. Buna şanssızlıq deyərdim.
Komandanız sanki yenidən "qara zolağ"a düşüb...
- Xeyr, mən belə deməzdim. Bunların hamısı futbolda normaldır. Hər şey hər an dəyişə bilər. Məncə, olanları qəbul edib irəli baxmalı və yola davam etməliyik.
Azərbaycan Kubokunun 1/4 finalında sabah "Qəbələ" ilə cavab oyununu keçirəcəksiz. Səfər qarşılaşması haqqında nə düşünürsüz?
- Düzdür, ilk matçda qalib gələ bilmədik. Bu görüşə hazırıq və təslim olmamışıq. Qələbə üçün mübarizə aparacağıq və çalışacağıq ki, kubokda mərhələ adlayan tərəf olaq.
Avrokuboklara rahat yol Azərbaycan Kubokudur.
- Bəli, kuboku qazanmaqla avrokuboklara getmək mümkün ola bilər. Bu, ən asan yoldur. Amma qəti fikir bildirmək düz olmaz. Bacardığımızı edib maksimum nəticə üçün mübarizə aparacağıq.
"Araz-Naxçıvan"ın potensialı Premyer Liqada hansı yeri tutmağa imkan verir?
- Hətta avrokuboklara da getmək şansımız var. Sadəcə, istədiyimizə nail olduqdan sonra özümüzü daha çox sınamalı və daha çox oyunda qələbə qazanmalıyıq.
Rövşən ƏLİSOY