Tellur üçün əlamətdar matç

Tellur üçün əlamətdar matç

Premyer Liqanın 13-cü turunun "Sabah" - "Kəpəz" oyunu (2:2) "bayquşlar"ın futbolçusu Tellur Mütəllimov üçün əlamətdar olub.

Mediasport.az xəbər verir ki, o, Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

Yarımmüdafiəçinin ölkə çempionatında debütü 2015/16 mövsümündə baş tutub. Tellur bu müddətdə 16 qol vurub.

29 yaşlı futbolçu "Zirə"də 63 (4 qol), "Qəbələ"də 24 (5 qol), "Sumqayıt"da 49 (4 qol) və "Sabah"da 64 (3 qol) oyuna çıxıb.

Mütəllimov ölkə çempionatlarının 32 illik tarixində 200 və daha çox matç keçirən 151-ci futbolçudur.