"Ən yaxşı hücumlar bizdə oldu"
“Belə bir stadionda oynamaq xoş oldu. Sumqayıt şəhər olaraq buna layiqdir. Premyer Liqa komandalarının hamısında belə stadionun olması çempionatımıza rəng qatacaq".
Mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 23-cü turunun yenilənmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəər stadionunda keçirilən görüşündən sonra təəssüratlarını bölüşüb, qarşılaşma haqda fikirlərini bildirib:
"Qışdan sonra ən yaxşı komandaya qarşı oynayırdıq. Çünki “Sumqayıt” qış fasiləsindən sonra yaxşı start götürüb. Bu gün qol olmasa da, hər saniyə mübarizə getdi, taktiki savaş oldu. Futbolçularım yaxşı çıxış etdi. Hücumda biraz da soyuqqanlı olsaydıq, fərqli ola bilərdi. Ən yaxşı hücumlar bizdə oldu. 1 xal qazandıq. Çempionatın ən önəmli yerindəyik. Rəqibi uzaqlaşmağa qoymadıq. Özümüz də həmin yerlərdə qalmağa çalışırıq. “Sumqayıt”a uğurlar arzu edirəm”.
Qeyd edək ki, matç 0:0 hesabı ilə başa çatıb.