"Neftçi"yə qayıdacağı gözlənilən futbolçu Mərakeşi seçdi
"Neftçi"nin keçmiş futbolçusu Sabiq Buqrinin yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
Bakı klubuna qayıdacağı danışılan 27 yaşlı vinger "Raya Kasablanka"ya keçib.
Buqrin yeni klubu ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Sabi Buqrin 2020-ci ilin yayından 2022-ci ilin yanvarına qədər "Neftçi"də çıxış edib. Azərbaycandan Tunisin "Esperans" klubuna keçmişdi.